22 Dekabr 2024, Bazar

Naxçıvan Əlillərin Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə muxtar respublika birinci­liyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə, ümumilikdə, 11 sağlamlıq imkanları məhdud uşaq mübarizə aparıb. Birinciliyin keçirilməsində məqsəd bu kateqoriyadan olan uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən stolüstü tennis idman növünün inkişaf etdirilməsidir.

Yarışın yekun nəticəsinə əsasən Allahverən Səfərov qalib adını qazanıb. Rəfail Yusifov ikinci, Əkrəm Kərimli isə üçüncü olub.
Qaliblərə diplom və hədiyyələr, digər iştirakçılara fəxri fərmanlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR