08 May 2024, Çərşənbə

Lionel Messi "Barselona" ilə yeni müqaviləyə dair danışıqları dayandırıb.

İspan komandasının kapitanı 2021-ci ildə klubu tərk etmək niyyətindədir.

Bildirilir ki, 33 yaşlı argentinalı komanda daxili qarşıdurmaların təşəbbüskarı olduğu barədə mediada yayılan məlumatlardan məyus olduğundan "Barselona" ilə 2021-ci ildə sona çatan müqaviləni yeniləmək barədə danışıqları dayandırıb. 

Futbolçu klub uğrunda ilk dəfə 2004-cü ildə çıxış edib. İyunun 30-da L.Messi komandanın "Atletiko" ilə matçında karyerasındakı 700-cü qolunu vurub (630 qol "Barselona"da, 70 qol Argentina yığması uğrunda)

2019-cu ilin dekabrında oyunçu "France Football" jurnalının versiyasına görə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına layiq görülüb. Ümumiliktə L.Messinin arxivində 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə aldığı altı belə mükafat var.

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR