20 May 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə XII muxtar respublika futbol çempionatında ikinci turun oyunlarına yekun vurulmuşdur.
Turun “Kəngərli” və “Dübəndi” komandaları arasında baş tutan ilk oyunu 5:5 hesablı bərabərliklə başa çatmışdır. “Sədərək”-“Əlincə” görüşündə sədərəklilər 3 top üstünlüyü ilə (5:2) qələbə əldə edə bilmişlər.

“Universitet”-“Batabat” qarşılaşmasında hesab 4:2 olmuşdur. Növbəti görüşdə yeni yaranmış “Araz-2” komandası “Babək” komandasının qapısından 3 cavabsız top keçirmişdir. Turun sonuncu oyununda öz meydanında “Arpaçay” komandasını qəbul etmiş “DİN FK” rəqibini 1:0 hesabı ilə məğlub etmişdir. İkinci turdan sonra turnir cədvəlində vəziyyət belədir:

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR