Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları arasında keçirilən atıcılığın stend növü üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilik Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilib.
Birinciliyi keçirməkdə məqsəd muxtar respublikanın şəhər və rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində idmanın inkişafı, stend idman növünün hüquq-mühafizə orqanlarının əməkdaşları arasında təbliğ edilməsi, əməkdaşlar arasında dostluq əlaqələrinin gücləndirilməsi, ən yaxşı atıcıların müəyyən edilməsi və idmançıların vətənpərvər ruhda tərbiyə olunmasından ibarət olub.
Yarışın yekun nəticəsinə əsasən qalib adını Nurəddin Aslanov (Dövlət Gömrük Komitəsi) qazanıb. Digər iki pillədə isə Ramiq İsmayılov (Dövlət Təhlükəsizliyi Xidməti) və Elnur Zellabdinov (Miqrasiya Xidməti) qərarlaşıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
- C. MƏMMƏDOV