22 Dekabr 2024, Bazar

Dünən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında 2013-2014-cü il mövsümü üçün Azərbaycan kuboku uğrunda yarışacaq futbol komandalarının püşkatma mərasimi keçirilib. Cari mövsümdə bu yarışa Premyer Liqanın və birinci divizionun hərəsindən 10 komanda qatılacaq. Divizion təmsilçilərindən 6-sı isə kuboka qatılmaqdan imtina edib.
Premyer Liqa klublarından “Neftçi”, “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran”, “Bakı”, “AZAL”, “Qəbələ”, “Rəvan”, “Sumqayıt”, “Simurq”, birinci diviziondan isə “Ağsu”, “MOİK”, “Qaradağ Lökbatan”, “Lokomotiv”, “Şahdağ”, “Şuşa”, “Araz-Naxçıvan”, “Mil-Muğan”, “Neftçala” və “Kəpəz” futbol komandaları Azərbaycan kuboku uğrunda mübarizə aparacaqlar. Bu komandalardan 8-i 1/16 finalda mübarizəyə başlayacaq. 12 komanda isə 4 cütün qalibini 1/8 finalda gözləyəcək.

Kubokun ilk mərhələsindəki püşkatmanın nəticəsinə görə, “Araz-Naxçıvan”  ötən mövsüm birinci divizionun qalibi olmuş “Ağsu” ilə qarşılaşacaq. I diviziona heç də yaxşı başlamayan və ilk turda “Kəpəz”ə 0:5 hesabı ilə məğlub olan Rüfət Quliyevin rəhbərlik etdiyi Ağsu təmsilçisi növbəti 3 oyunda meydanı qələbə ilə tərk edib. Hazırda aktivində 9 xal olan “Ağsu” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
“Araz-Naxçıvan” səfərdə keçirəcəyi görüşü qələbə ilə başa vurarsa, o zaman komandamız 1/8 final mərhələsindəki görüşü doğma arenada keçirəcək. Artıq bu mərhələdə üzləşəcək rəqibin də adı məlumdur. Bu, Premyer Liqa təmsilçisi “Simurq”dur. Zaqatala klubu ilk mərhələdə çıxış etmədən 1/8 finala yüksəlib.
Qeyd edək ki, 1/16 və 1/8 final mərhələlərində qaliblər tək oyunla müəyyən olunacaq. 1/4 finaldan etibarən isə “ev”də və səfərdə keçiriləcək iki oyunun nəticəsinə görə, qalib gələn komanda növbəti mərhələyə vəsiqə qazanacaq. İlk mərhələnin oyunları 22-24 oktyabr tarixlərində, 1/8 final mərhələsinin görüşləri isə 4 dekabrda keçiriləcək.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR