Portuqaliyalı futbolçu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.
“Yuventus”un hücumçusu ötən gün “Bolonya”ya qol vurmaqla İtaliya çempionatında qolların sayını 43-ə çatdırıb.
Bununla da o, İtliyada ən çox qol vurmuş portuqaliyalı futbolçu olub. İndiyədək bu adı 42 qolla Ruy Koşta daşıyırdı. O, 1994-2006-cı illərdə “Fiorentina” və “Milan”da iştirak edib.
Qeyd edək ki, “Yuventus” ötən gün “Bolonya”nı 2-0 hesabı ilə məğlub edib.