Naxçıvan şəhərindəki Sahil Parkında gənclər arasında “Axtar tap” intellektual oyunu keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən oyunda 8 komanda mübarizə aparıb.
Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin təbliği, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Gənclər ərazinin müxtəlif yerlərində hazırlanan suallara cavab taparaq birincilik uğrunda mübarizə aparıblar. Suallara daha tez cavab verən “Diplomat” komandası qalib adını qazanıb. “Batabat” və “Kainat” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərlə kifayətləniblər.
Sonda qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti