Mövcud vəziyyətlə əlaqədar tətbiq olunan karantin rejiminin tələblərinə əməl olunması şərti ilə Naxçıvan Futzal Liqasının davam etdirilərək mövsümün son 6 turunun oynanılması məqsədə uyğun hesab edilib. Oyunlar tamaşaçıların iştirakı olmadan, yalnız komanda heyəti və təşkilatçılıqla əlaqəli nümayəndələrin, tibbi personalın, zəruri olan halda məhdud sayda media orqanları əməkdaşlarının iştirakı ilə keçirəcək. Artıq iştirakçıların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması ilə bağlı müddəalara əsaslanan təlimat da hazırlanıb. İştirakçılarla bu barədə maarifləndirici söhbətlərin aparılması və təlimatın elektron versiyasının onlara təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, liqanın 17-ci turunun oyunları növbəti həftə sonuna planlaşdırılıb. Bununla bağlı ötən gün onlayn iclas keçirilib.
Ceyhun MƏMMƏDOV