Naxçıvan Türk Liseyinin idman zalında muxtar respublikamızda 2013-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı voleybol üzrə şəhər birinciliyi keçirilib. Ümumtəhsil məktəblərinin, Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Türk Liseyinin komandaları arasında keçirilən birinciliyi Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası birgə təşkil ediblər. Altı komandanın iştirak etdiyi yarışın yekun nəticəsinə görə, Heydər Əliyev adına Hərbi Liseyin komandası birinciliyin qalibi olub. Naxçıvan şəhər 6 və 13 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerləri bölüşüblər.
Qalib komandalara yarışın təşkilatçıları tərəfindən diplomlar və hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti