22 Dekabr 2024, Bazar

Bu günlərdə Türkiyə Respublikasının Bitlis şəhərində keçirilən Beynəlxalq Şahmat Turniri başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, İsveçrə sistemi üzrə keçirilən 9 turdan ibarət yarışda muxtar respublikamızın 9 şahmatçısı iştirak edib. “A” və “B” qruplarında keçirilən beynəlxalq turnirdə təmsilçilərimiz uğurlu nəticələr əldə ediblər.
Belə ki, “B” qrupunda mübarizə aparan şahmatçımız Sadiq Məmmədov öz qrupunun qalibi olub. Digər şahmatçımız Zahir Allahverdiyev isə 7 yaşlı şahmatçılar arasında birinci yeri tutub. Mükafata layiq görülmüş şahmatçılarımız kubok və medallarla təltif olunublar. Məlumat üçün qeyd edək ki, İspaniyanın Barselona şəhərində avqustun 22-dən start götürmüş Beynəlxalq Şahmat Turnirində muxtar respublikamızın şahmatçısı Rauf Murtuzov da öz qüvvəsini sınayır. Bu ayın 31-dək davam edəcək turnirdə hazırda Rauf Murtuzovun 3 oyundan 2 xalı var.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR