Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində şahmat yarışı keçirilmişdir. Bu dəfə şahmat taxtası arxasında rayon ümumtəhsil məktəblərinin müəllimləri ilə Uşaq-Gənclər Şahmat Məktəbinin şagirdləri qarşılaşmışlar. İkisi müəllimlərdən və ikisi şagirdlərdən təşkil edilmiş 4 komandanın hər birinin tərkibi 6 nəfərdən ibarət olmuşdur.
Yarış iki turda keçirilmişdir. Yarış başlanmazdan əvvəl Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru İbrahim Sultanov və məktəbin məşqçi-müəllimi Fərid Zeynalov çıxış edərək asudə vaxtın səmərəli keçirilməsində idmanın, o cümlədən şahmatın əhəmiyyətindən danışmışlar.
Sonra şagirdlərlə müəllimlər mübarizə aparmışlar. Son nəticəyə görə, şagirdlər daha çox xal toplayaraq qalib olmuşlar.
Yarışın sonunda qaliblərə hədiyyələr təqdim edilmişdir.
Xəbərlər şöbəsi