22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.
Atıcılıq Mərkəzində keçirilən yarışda tərkibi 6 nəfərdən ibarət olmaqla, 7 komanda mübarizə aparıb.
Birinciliyin nəticələrinə əsasən hədəfləri daha sərrast vuran Naxçıvan Dövlət Universitetinin komandası qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin komandası ikinci, Musiqi Kollecinin komandası isə üçüncü olub.
Sonda qaliblər Gənclər və İdman Nazirliyinin diplom və kubokları ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR