Qusar rayonunda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının iki idmançısı da mübarizə aparıb. Hər iki idmançımız uğurlu nəticələr qazanıb. Belə ki, 6 kilometr məsafədə Əmrah Nağıyev bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu adına layiq görülüb. Digər idmançımız Səfər Tağıyev isə 3 kilometr məsafədə finiş xəttini ikinci yerdə başa vurub.
İdmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti