16 May 2024, Cümə axşamı

Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda muxtar respublika birinciliyinə start verilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların, ümumilikdə, 8 komandası mübarizə aparır. Birinciliyin reqlamentinə əsasən hər komandanın heyətində 4 oğlan və 2 qız iştirak edir. Oğlanlar 8, 10, 12 və 14 yaş, qızlar isə 10 və 14 yaş qruplarında ağ-qara taxtada kimin güclü olduğunu nümayiş etdirməyə çalışırlar. Xal hesablamalarına gəlincə, hər qələbəyə 2, heç-heçəyə isə 1 xal veriləcək. Sonda hər hansı komandanın xal hesabları bərabər olarsa, o zaman fərdi yarışlarda qazanılan xallar ­hesablanacaq.
Qeyd edək ki, birinciliyə ayın 12-də yekun vurulacaq və qalib komandalar federasiya tərəfindən diplom və kubokla mükafatlandırılacaqlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR