16 May 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda şahmat üzrə Ordubad rayon birinciliyinə yekun vurulub.
Rayon Gənclər və İdman İdarəsi ilə Şahmat Federasiyasının təşkil etdiyi birincilikdə 60 şahmatçı mübarizə aparıb.
Birinciliyin yekununa əsasən oğlanlar arasında 8 yaş qrupunda Yusif Əliyev, 10 yaş qrupunda Rəcəb Abdullabəyli, 12 yaş qrupunda Uğur Həsənli, 14 yaş qrupunda Seyid Hüseyn qalib adını qazanıb. Qızların mübarizəsində isə 10 yaş qrupunda Zərifə Bədəlbəyli və 14 yaş qrupunda Zərrin Məmmədli birinci olublar.
Qaliblər muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR