Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə karate-do üzrə “Bakı Open” beynəlxalq çempionatı keçirilib.
Bakı şəhərində təşkil olunan çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 2 idmançısı da mübarizə aparıb. 16-17 yaş qrupunda tatami üzərinə çıxan Aslan İsmayılov uğurla çıxış edib. O, 76 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb. Digər idmançımız Vüsal Seyidov isə hakimlərin qərəzli qərarları ilə üzləşib. Belə ki, 12-13 yaş qrupunda -40 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 6 görüşdə qalib gəlsə də, mükafatçılar sırasına düşə bilməyib.
Ceyhun MƏMMƏDOV