22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının rayon bölmələri və Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə muxtar respublikada şahmat birincilikləri təşkil olunur. Birincilikləri keçirməkdə məqsəd məktəblilər arasında bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq, onlar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdir.
Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən federasiyanın kuboku uğrunda rayon birinciliyində 52 oğlan və qız şahmatçı mübarizə aparıb. Yarış 3 gün davam edəcək.
Babək rayonunda da şahmat birinciliyinə start verilib. Birincilikdə 60 zəka sahibi (40 oğlan və 20 qız) mübarizə aparır.
Kəngərli Rayon Gənclər və İdman İdarəsi və Şahmat Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilən federasiyanın kuboku uğrunda birincilikdə isə 12 məktəbdən 50 şagird iştirak edir.
Şahbuz rayonunda da şahmat birinciliyinə start verilib. Yarışda 23 məktəbin 80-nə yaxın zəka sahibi mübarizə aparır.
Analoji birincilik Culfa rayonunda da təşkil edilib. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda rayon birinciliyində 54 zəka sahibi ağ-qara taxtada mübarizə aparır.
Qeyd edək ki, sonda qalib gələn şahmatçılara muxtar respublika mərhələsində iştirak etmək üçün sertifikatlar və diplomlar təqdim ediləcəkdir.

 

* * *

Muxtar respublikada ahıl vətəndaşların cəmiyyətə daha fəal inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən Şahmat Mərkəzində ahılların iştirakı ilə şahmat üzrə yarış keçirilib.
Yarışın yekun nəticələrinə əsasən Adil Sevdimalıyev, Rəşid Sultanov və Yavər Tanrıverdiyev ilk üç pillədə qərarlaşıblar. Müsabiqənin yekununda qaliblərə və digər iştirakçılara hədiyyələr təqdim edilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR