15 May 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib.
Naxçıvan Şahmat Mərkəzində keçirilən birincilikdə 60 oğlan və qız mübarizə aparır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkil etdiyi yarış üç gün davam edəcək.
Qalib gələn şahmatçılara muxtar respublika mərhələsində iştirak etmək üçün sertifikatlar təqdim ediləcək.
Analoji tədbir Şərur rayonunda da keçirilib. Belə ki, rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Şahmat Federasiyasının Şərur bölməsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında rayon birinciliyinə yekun vurulub. Yarışda 16 məktəbdən 50-dən artıq şagird iştirak edib.
Komanda xarakteri daşıyan birinciliyin qalibi Ələkli kənd tam orta məktəbinin komandası olub. Aralıq kənd tam orta məktəbinin komandası ikinci, Çərçiboğan kənd tam orta məktəbinin komanda­sı isə üçüncü olub.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR