Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında futbol birinciliyinə start verilib.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 17 komanda mübarizə aparır.
Əlahiddə Ümumqoşun Ordu komandanlığının təşkil etdiyi və olimpiya sistemi ilə keçirilən birinciliyi Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləri idarə edirlər.
Nəriman NƏCƏFOV