Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 18 yaşadək sağlamlıq imkanları məhdud oğlanlar və qızlar arasında üzgüçülük yarışı keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində keçirilən yarışda sağlamlıq imkanları məhdud 14 uşaq iştirak edib.
Yarışın yekun nəticələrinə əsasən oğlanlar arasında Allahverən Səfərov, Fərid Qafarlı və Hüseyn Abdullayev ilk üç pillədə qərarlaşıblar.
Qızlar arasında isə qalib adını Səkinə Rəhimli qazanıb. Mələk Əhmədzadə ikinci, Nurgül Müslümova isə üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblərə fəxri fərmanlar, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.
. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti