15 May 2024, Çərşənbə

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin birgə təşkil etdiyi qızlar arasında üzgüçülük üzrə şəhər birinciliyinə yekun vurulub.
Kompleksin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili və onları sağlam həyat tərzinə uyğunlaşdırmaq məqsədilə keçirilən birincilikdə idmançılar üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafəni qət ediblər. 4 yaş qrupu üzrə 30 idmançı mübarizə aparıb.
Sonda hər yaş qrupunda yer tutan idmançılar diplomlarla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR