Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri daha bir uğura imza atıblar. Türkiyənin Samsun şəhərində cüdo üzrə keçirilən beynəlxalq turnirdə iştirak edən idmançılarımız mükafatçılar sırasına düşməyi bacarıblar.
2004-2005-ci illər təvəllüdlü cüdoçular arasında tatami üzərinə Qalib Qaybalıyev çıxıb. 42 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb. 22 kiloqram çəki dərəcəsində Rəhim Qaybalıyev gümüş medalın sahibi olub.
2001-2003-cü illər təvəllüdlü idmançıların mübarizəsində isə fəxri kürsüyə iki cüdoçumuz çıxıb. 50 kiloqram çəki dərəcəsində Abbas Məmmədov ikinci, Cavid İsayev isə üçüncü olublar.
Sonda qalib idmançılarımız diplom və medallarla mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV