Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə üzgüçülük üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə İdman Kompleksinin birgə təşkil etdiyi birincilikdə 20-dən çox idmançı 2 yaş qrupunda mübarizə aparıb. Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışın yekun nəticəsinə əsasən 2002-2003-cü illər təvəllüdlü idmançılar arasında Həsən Abbasov, 2004-2005-ci illər təvəllüdlü idmançılar arasında isə Toğrul İsmayılov finiş xəttinə hamıdan tez çatıblar.
Sonda hər yaş qrupunda yer tutan idmançılar diplomlarla təltif olunublar.
Ceyhun Məmmədov