Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə idmançılar üçün taktiki-texniki seminar keçirilib.
Naxçıvan Muxtar Respublika Stadionunun idman zalında keçirilən seminar Bakı şəhərindən dəvət olunmuş “Araz” İdman Klubunun rəhbəri Siyavuş Bayramov tərəfindən aparılıb. 50-dən çox idmançının iştirak etdiyi seminarda yeni qaydalar haqqında məlumat verilib. Eyni zamanda Karate-do Federasiyasının idmançıları üçün kəmər imtahanı da keçirilib.
Ceyhun Məmmədov