15 May 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Gənclik” Mərkəzində “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalının seçim, final mərhələləri və qaliblərin mükafatlandırılması mərasimi, Naxçıvan şəhərindəki mərkəzi meydanda Bakı şəhərindən dəvət olunmuş müğənnilərin ifasında konsert proqramı keçirilmişdir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan gənclərin Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunmuş, Naxçıvan şəhərindəki “Zirvə” Kitab Evində “Kitablar tozlanmasın” devizi altında yeni layihəyə start verilmişdir.
İyul ayında Kəngərli rayon mərkəzi stadionu yenidən qurularaq istifadəyə verilmiş, muxtar respublikanın gənc­lərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliklərinin açılışı olmuşdur. Bu dövrdə idmançılarımız muxtar respublika birinciliklərində 4, Avropa birinciliklərində 3, ölkə birinciliklərində 3, beynəlxalq turnirlərdə 3 olmaqla, 13 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR