İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Şahbuz və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev çıxış edərək muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan, onlar üçün yaradılan şəraitdən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Daha sonra oyuna start verilib. Oyun 3:2 hesabı ilə Şahbuz rayon komandasının qələbəsi ilə başa çatıb.
Sonra hər iki komandaya voleybol topları hədiyyə edilib.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti