Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə yoldaşlıq görüşü keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən görüşdə “Şərur” və “Sədərək” komandaları üz-üzə gəliblər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının təşkil etdiyi görüş Sədərək voleybolçularının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komanda Voleybol Federasiyası tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
Ceyhun MƏMMƏDOV