Azərbaycan Respublikası Milli Karate Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində yeniyetmə və gənclər arasında keçirilən 18-ci respublika, böyüklər arasında isə 25-ci respublika çempionatına yekun vurulub.
Bakı şəhərindəki Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionat 3 gün davam edib. Çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının “Nəqşicahan” qızlar idman klubunun yetirməsi Səmra Məmmədli də mübarizə aparıb. İdmançımız çempionatı bürünc medalla başa vurub.
Sonda təşkilatçılar tərəfindən qalib idmançımıza diplom və medal təqdim olunub.
Karate-do Federasiyasının digər yetirməsi isə Krım şəhərində keçirilən birincilikdə iştirak edib. 10-11 yaş qrupunda 38 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Rəşid Süleymanov bütün rəqiblərinə qalib gəlib və birinci yerə layiq görülüb.
Ceyhun MƏMMƏDOV