Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında növbəti turun oyunları keçirilib.
Turnir cədvəlinin şəriksiz lideri “Araz-Naxçıvan” Naxçıvan Dövlət Universitetinin komandasının qonağı olub. Görüşə sürətli başlayan “qırmızı-ağlar” ilk hissədə vurduğu 4 qolla 3 xalı aktivinə yazıb. Son 2 turu itkisiz başa vuran digər komanda isə “Əlincə”dir. Culfa təmsilçisi “Kəngərli” və “Batabat” komandalarını məğlub edərək maksimum nəticə əldə edib.
Turnir cədvəlində yerini itirən digər komanda “Babək”dir. Belə ki, universitet komandasına məğlub olan babəklilər növbəti turda Şərurun “Arpaçay” komandasını məğlub etməyi bacarıblar. Mövsüm ərzində yalnız bir qələbə qazanan “Arpaçay” hazırda son pillədə qərarlaşıb. Onlar kimi “Batabat” komandası da mövsümə uğursuz başlayıb.
Cari mövsümün bombardirlərinə gəlincə, Naxçıvan Dövlət Universitetinin forvardı Samir Kərimov 7 qolla bu cədvələ başçılıq edir. “Araz-Naxçıvan”ın iki hücumçusu – Turqay İbrahimov və İbrahim Əliyevin isə aktivində 6 qol var.
Naxçıvan Muxtar Respublika çempionatı 5 və 6-cı turun oyunları
Naxçıvan Dövlət Universiteti - “Babək” (Babək) 1:0
“Əlincə” (Culfa) - “Kəngərli” (Kəngərli) 2:0
“Sədərək” (Sədərək) - “Dübəndi” (Ordubad) 3:0
“Batabat” (Şahbuz) - “Arpaçay” (Şərur) 3:0
“Babək” - “Arpaçay” 3:0
Naxçıvan Dövlət Universiteti - “Araz-Naxçıvan” 0:4
“Əlincə” - “Batabat” 4:1
“Kəngərli” - “Dübəndi” 3:1