22 Dekabr 2024, Bazar

Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Tələbə və Gənc­lərin XIX Ümumdünya Festivalına yekun vurulub.
Oktyabrın 14-dən 22-dək davam edən festival BMT-nin XVII davamlı inkişaf proqramı çərçivəsində keçirilib və altı dili – ərəb, çin, ingilis, fransız, rus və ispan dillərini əhatə edib. Festivala Azərbaycandan 180 nəfərlik heyət yollanıb. Onlardan 10 nəfəri Naxçıvan Muxtar Respublikasını təmsil edib. 5 min könüllünün də iştirak etdiyi festivala, ümumilikdə, 20 mindən çox gənc qatılıb.
Festival çərçivəsində Azərbaycan günləri də təşkil edilib. Bununla əlaqədar xüsusi olaraq stendlər hazırlanıb. Naxçıvandan gedən heyət tərəfindən isə digər iştirakçı ölkələrin nümayəndələrinə muxtar respublika haqqında xarici dildə hazırlanmış kitablar, bukletlər, broşürlər, turist xəritələri paylanılıb. Eyni zamanda stendlərdə milli mətbəximizi özündə əks etdirən yeməklər, milli geyimlər, Azərbaycanda keçirilən beynəlxalq yarışlarda təqdim olunan medallar nümayiş etdirilib. Ok­tyabrın 18-də isə fleş-mob təşkil edilib. Fleş-mob zamanı balabanda səsləndirilən musiqilər, tarda ifa edilən “Sarı gəlin” mahnısı böyük maraqla qarşılanıb.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR