22 Dekabr 2024, Bazar

Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında oğlan və qızlardan ibarət “Culfa”, “Naxçıvan” və “Ordubad” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurban­ov, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev və Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli çıxış edərək yarışın qaydaları haqqında idmançılara geniş məlumat verərək onlara uğurlar arzulayıblar.
Yoldaşlıq görüşünü keçirməkdə məqsəd bu idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarət olub. Görüşdə 100-ə yaxın oğlan və qız idmançı iştirak edib. 8 yaş qrupu üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilib.
Yarışın nəticələrinə əsasən oğlanlar arasında 8-9 yaş qrupunda Həbib Əhmədov (Culfa), 10-11 yaş qrupunda Məhəmməd Bağırov (Culfa), 12-13 yaş qrupunda Vüsal Seyidov (Naxçıvan), 14-15 yaş qrupunda İmran Həsənov (Naxçıvan), 16-17 yaş qrupunda Aslan İsmayılov (Naxçıvan), qızlar arasında isə 8-9 yaş qrupunda Özləm Hacıyeva (Naxçıvan), 10-11 yaş qrupunda Aminə Novruzzadə (Naxçıvan) və 12-13 yaş qrupunda Səmra Məmmədli (Naxçıvan) bütün görüşləri qalib kimi başa vuraraq birinci yerlərə layiq görülüblər.
Komanda hesabında isə “Naxçıvan” qalib adını qazanıb. “Culfa” ikinci, “Ordubad” komandası isə üçüncü olub.
Sonda yer tutan idmançılara diplomlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR