22 Dekabr 2024, Bazar

Oktyabrın 14-dən 22-dək Rusiya Federasiyasının Soçi şəhərində ­keçirilən Tələbə və Gənclərin XIX Ümumdünya Festivalında Naxçıvan Muxtar Respublikası da təmsil olunur. Ümumilikdə, Azərbaycandan 150 nəfərlik heyət festivala yollanıb ki, onlar arasında naxçıvanlı gənclər də var.
150 ölkədən 18-35 yaşlı 20 mindən çox gənc mütəxəssisin qatıldığı festivalın əsas məqsədi gənclər arasında əlaqələrin möhkəmləndiril­məsidir.
Festival BMT-nin XVII davamlı inkişaf proqramı çərçivəsində həyata keçirilir və əsas altı dili – ərəb, çin, ingilis, fransız, rus və ispan dillərini əhatə edir. Festivalda aktual məsələlər, idmanın inkişafı ilə bağlı açıq müzakirələr, habelə mədəniyyət və qloballaşma, qlobal iqtisadiyyat, elmi iqtisadiyyat, ictimai qurumların inkişafı, siyasət və beynəlxalq təhlükəsizlik mövzularını əhatə edən diskussiyalar aparılır.
Festivalın proqramı çox zəngindir və Soçidən başqa Rusiyanın digər regionlarını da əhatə edir. Gənclər “Mədəniyyət və qloballaşma”, “Qlobal iqtisadiyyat”, “Biliklərin iqtisadiyyatı”, “İctimai qurumların inkişafı”, “Siyasət və beynəlxalq təhlükəsizlik” mövzularına həsr olunmuş tədbirlərdə iştirak edir, klassik və milli musiqidən ibarət konsert proqramlarında çıxış edirlər. İştirakçılara yeni idman növlərini və bacarıqlarını nümayiş etdirməyə imkan yaradılıb. Pro­qrama 2017 metrlik festival qaçışı yarışı, akrobatik rok-n-rol üzrə Rusiya Federasiyasının interaktiv zonası – “Rəqs Planeti”nin açılış tədbiri, futbol üzrə fan festivalı və qitələrarası kubok və başqa tədbirlər daxil edilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR