Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə yeniyetmələr arasında keçirilən boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub. Yarış Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbirdə çıxış edərək Dövlət Müstəqilliyi Günü haqqında idmançılara geniş məlumat verib və onlara uğurlar arzulayıb. Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev isə çıxışında yarışın keçirilmə məqsədi və qaydaları haqqında danışıb.
Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək, Ordubad və Şərur rayonlarının idmançıları da öz qüvvələrini sınayıblar.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 23 çəki dərəcəsində 60-a yaxın dəri əlcək sahibi mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə Kamran Rəsulov (24 kiloqram, Naxçıvan), Məhəmməd Məmmədov (26 kiloqram, Şərur), Əli Məmmədov (27 kiloqram, Naxçıvan), Əli Seyidov (28 kiloqram, Naxçıvan), Abasət Heydərov (30 kiloqram, Şərur), Elvin Seyidov (32 kiloqram, Ordubad), Möhsün Həsənzadə (33 kiloqram, Ordubad), Alişan İsmayılov (35 kiloqram, Şərur), Hüseyn Məmmədov (38 kiloqram, Naxçıvan), Nazim Abazərli (41 kiloqram, Naxçıvan), Malik Məmmədov (42 kiloqram, Naxçıvan), Vüsal Zeynalov (46 kiloqram, Şərur), Nizami Novruzov (47 kiloqram, Naxçıvan), Hüseyn Hüseynov (48 kiloqram, Naxçıvan), Kənan Şəfiyev (50 kiloqram, Şərur), Heydər Quliyev (52 kiloqram, Naxçıvan), Ayxan Süleymanov (54 kiloqram, Naxçıvan), Kənan İbrahimli (57 kiloqram, Ordubad), Ümid Sadiqov (58 kiloqram, Ordubad), Azər Abbaszadə (59 kiloqram, Naxçıvan), Sənan İbrahimov (60 kiloqram, Ordubad), Rəşid Sadiqov (64 kiloqram, Naxçıvan) və Məhəmməd Ələsgərov (70+ kiloqram, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Ceyhun MƏMMƏDOV