Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Gənclər Birliyinin, rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Atıcılıq Federasiyasının Şərur rayon bölməsinin təşkilatçılığı ilə 18 oktyabr – Müstəqillik Gününə həsr olunmuş atıcılıq üzrə məktəbli qızlar arasında rayon birinciliyi keçirilib.
Birincilikdə 10 məktəbdən 30 şagird mübarizə aparıb. Yekun nəticəyə əsasən Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nərmin Nadirova birinci olub. Aralıq kənd tam orta məktəbinin şagirdi Gülçin Oruclu ikinci, Arbatan kənd tam orta məktəbinin şagirdi Nurcan Məmmədova isə üçüncü yerə layiq görülüblər.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.
Ceyhun MƏMMƏDOV