22 Dekabr 2024, Bazar

Kosovanın paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi keçirilir. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizə aparır. Azərbaycan yığmasının 9 üzvü də birincilikdə iştirak edir.
Millimizin heyətində Kosovaya yollanan idmançılar arasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev də var.
Artıq idmançımız mübarizəyə qoşulub və böyük uğur qazanıb. Belə ki, Tərmenxan Babayev ardıcıl olaraq 6 dəfə Avropa rekordunu yeniləyib. Yaşı 15-ə qədər olan atletlərin mübarizəsində (A qrupunda) 85 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Naxçıvan idmançısı bu uğura 291 kiloqramı qaldırmaqla nail olub.
İdmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR