22 Dekabr 2024, Bazar

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) xidməti idman tədbirlərinin təqvim planına əsasən sentyabrın 18-dən 23-dək voleybol üzrə daxili işlər orqanlarının birinciliyi keçirilib.
Yarışın açılış mərasimində DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahatdinova Azərbaycan təmsilçilərinin ən mötəbər yarışlarda əldə etdiyi qələbələr, keçirilən idman tədbirlərinin miqyası və yaradılan infrastruktura görə respublikamızın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. Bildirilib ki, bütün bu uğurların əsasında ulu öndərin müəyyənləşdirdiyi, dövlət başçımızın uğurla davam və inkişaf etdirdiyi düzgün siyasət, sosial rifah, vətəndaşlara göstərilən diqqət və qayğı durur.
Sonra yarışlara start verilib.
DİN İdman Cəmiyyətində ke­çirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən, ümumilikdə, 7 komanda gücünü sınayıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası yarışı üçüncü pillədə başa vurub.
Qaliblərə kubok, medallar, diplomlar və hədiyyələr təqdim olunub.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR