Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan” və “Culfa” komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev çıxış edərək komandalara uğurlar arzulayıblar. Hər iki qurumun birgə təşkil etdiyi görüş 3:0 hesabı ilə “Naxçıvan” komandasının qələbəsi ilə yekunlaşıb.
Sonda hər iki komandaya Voleybol Federasiyasının hədiyyələri, şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilib.
Ceyhun MƏMMƏDOV