22 Dekabr 2024, Bazar

Nehrəm kəndindəki 1 nömrəli tam orta məktəbin idman zalında karate-do üzrə Babək qəsəbəsi və Nehrəm komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Görüşdən öncə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının Babək rayon bölməsinin məşqçisi Vüsal Allahverdiyev bildiriblər ki, son illər muxtar respublikamızda müasir idman kompleksləri tikilib, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulub, maddi-texniki baza möhkəmləndirilib. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Qeyd olunub ki, bu qayğıdan Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası da yetərincə bəhrələnib. Federasiyanın Babək rayonundan olan karateçiləri də keçirilən ölkə və beynəlxalq miqyaslı yarışlarda uğurla iştirak edir, diplom və medallara layiq görülürlər.
Yoldaşlıq görüşündə 38 idmançı mübarizə aparıb. Sonda qalib komandanın üzvlərinə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR