Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı muxtar respublikanın Gənclər və İdman Nazirliyində keçirilən kollegiya iclasında tədbirlər planı hazırlanmışdır.
Tədbirlər planına uyğun olaraq idman müəssisələrində yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işləri aparılıb. İdmançıların sağlam mühitdə idmanla məşğul olmaları üçün rayonlarda da mütəmadi işlər görülür. Kəngərli Rayon Gənclər və İdman İdarəsi tərəfindən Qarabağlar kəndində yerləşən 2 nömrəli tam orta məktəbin və Şərq Döyüş Sənəti Federasiyasının yeni istifadəyə verilən idman zallarında, eyni zamanda digər yardımçı otaqlarda dezinfeksiya işləri aparılıb. Kəngərli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən aparılan dezinfeksiya işləri digər idman obyektlərini də əhatə edəcəkdir.
Bu gün idmançıların sağlam mühitdə idmanla məşğul olmaları üçün Babək rayonunda da mütəmadi işlər görülür. Rayon Gənclər və İdman İdarəsi tərəfindən Babək qəsəbəsində yerləşən 1 və 2 nömrəli tam orta məktəblərin idman zallarında və digər yardımçı otaqlarda dezinfeksiya işləri aparılıb.
Ceyhun MƏMMƏDOV