22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında MMA qarışıq döyüş növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, bu yarışı keçirməkdə məqsədimiz yeniyetmə və gəncləri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdən ibarətdir.
Naxçıvan Şərq Döyüş Sənəti Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi yarışda 12 çəki dərəcəsində 60-a yaxın oğlan və qız idmançı mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə qızlar arasında 27 kiloqram çəki dərəcəsində Röya Abdullayeva, oğlanlar arasında isə Ramil Heydərov, Hüseyn Zamanlı, Oğuz Məmmədli, Sahil Heydərov, Fərid Məhərrəmov, Kamal Həsənov, Nizami Hüseynov, Tağı Məmmədov, Seymur Mürsəlov, Xızır İsmayılov, Ayxan Həsənov müvafiq olaraq 30, 34, 38, 42, 46, 52, 58, 61, 66, 70 və 77 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR