Hövsan Olimpiya-İdman Kompleksində MMA Qarışıq İdman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Bakı şəhər açıq kuboku turniri keçirilib.
Yarışda Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının 4 idmançısı da mübarizə aparıb. İki gün davam edən turnirdə ən uğurlu nəticəni 42 kiloqram çəki dərəcəsində (uşaqlar) mübarizə aparan Fərid Məhərrəmov əldə edib. O, noqi versiyası üzrə bütün rəqiblərini üstələyərək qalib adına layiq görülüb və bir ay sonra Bakı şəhərində keçiriləcək dünya çempionatına lisenziya qazanıb.
Böyüklər arasında noqi versiyası üzrə 66 kiloqram çəki dərəcəsində rinqə çıxan Cəfər Abbasov ikinci, elə bu versiyada 62 kiloqram çəki dərəcəsində Rəzzaq Əliyev üçüncü olublar.
Sonda idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.
Ceyhun MƏMMƏDOV