Şərur Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında sərbəst güləş üzrə yeniyetmələr arasında rayon birinciliyinə yekun vurulub. Birincilikdə 80-dən çox güləşçi 10 çəki dərəcəsində mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən Əmrə Ağayev (32 kiloqram), Elçin İsmayılov (35 kiloqram), Hüseyn Əliyev (38 kiloqram), Etiram Nəzərov (42 kiloqram), Mirəhməd Eminov (46 kiloqram), Əkbər Qasımov (50 kiloqram), Sultan Quluyev (54 kiloqram), Altay İsmayılov (58 kiloqram), Fəxri Ələsgərov (63 kiloqram) və Əli Mehdiyev (69 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.
Ceyhun MƏMMƏDOV