22 Dekabr 2024, Bazar

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Uşaq-gənclər şahmat məktəbi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkil etdiyi şahmat üzrə rayon birinciliyinə yekun vurulub.
Birinciliyin açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi İdris Qəhrəmanov, Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Gülmalıyev yarış iştirakçılarına tədbir barədə geniş məlumat verib, onlara uğurlar arzulayıblar.
Yeddi turdan ibarət olan və İsveçrə sistemi üzrə keçirilən birinciliyin yekun nəticəsinə əsasən Nuray Quluzadə qalib olub. O, 7 maksimum xalın 6,5-ni toplayıb. 6 xalla Hüseyn Hüseynli ikinci, 5,5 xalla Fərid Kərimli isə üçüncü olublar.
Sonda qaliblərə yarışın təşkilatçılarının diplom və hədiyyələri təqdim edilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR