22 Dekabr 2024, Bazar

Naxçıvan Şəhər Şahmat Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr arasında şahmat üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açaraq bildirib ki, birinciliyi keçirməkdə məqsədimiz məktəblilərin yay tətilinin və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 8-12 yaş qrupunda 50-yə yaxın oğlan və qız şahmatçı mübarizə aparıb.
Yarış İsveçrə sistemi ilə 7 turdan ibarət olmaqla keçirilib. Belə ki, qızlar arasında Fatimə Həsənova, Fidan Vəliyeva və Aysu Şıxəlili, oğlanlar arasında isə Hüseyn Qənbərli, Aslan Bağırov və Murad Abbaslı müvafiq olaraq 8, 10 və 12 yaş qrupunda birinci yerlərə layiq görülüblər.
Sonda hər yaş qrupunda yer tutan şahmatçılara Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsinin diplomları təqdim edilib.

- Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR