Kompleksin direktoru Ramin Talıbov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildiriblər ki, bu yarışı keçirməkdə məqsəd yay tətilində məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək və onlara sağlam həyat tərzi aşılamaqdan ibarətdir.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin birgə təşkil etdiyi birincilikdə 2 yaş qrupunda 30-a yaxın idmançı mübarizə aparıb.
Üzgüçülüyün sərbəst üsulu üzrə keçirilən yarışın yekununa əsasən 2001-2003-cü illər təvəllüdlü idmançılar arasında 50 metr məsafədə Həsən Abbasov, 2004-2005-ci illər təvəllüdlü idmançılar arasında 25 metr məsafədə isə Əkbər Məmmədov bütün rəqiblərini qabaqlayaraq birinci yerlərə layiq görülüblər.
Sonda hər iki yaş qrupunda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilib.
Ceyhun MƏMMƏDOV