22 Dekabr 2024, Bazar

Bakı şəhərində Azərbaycanın məşhur şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş beynəlxalq şahmat turniri keçirilib.
Turnirdə ölkəmizin şahmatçıları ilə yanaşı, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş zəka sahibləri də iştirak ediblər. Ümumilikdə, 9 gün davam edən beynəlxalq turnirdə 72 şahmatçı qələbə uğrunda mübarizə aparıb. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. Bu yarışda Ordubad şəhər 1 nömrəli tam orta məktəbin V sinif şagirdi Hüseyn Seyid də uğurla çıxış edib. Zəka sahibimiz 9 mümkün xaldan 7 xal toplayaraq üçüncü olub.
Qaliblər turnirin təşkilatçıları tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə ­mükafatlandırılıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR