“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında basketbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası, Culfa və Ordubad Rayon Gənclər və İdman idarələrinin birgə təşkil etdiyi görüşdə “Ordubad” və “Culfa” komandaları üz-üzə gəlib. Görüşdən öncə çıxış edən Basketbol Federasiyasının sədr müavini Ənvər Məmmədov bildirib ki, hər il olduğu kimi cari ildə də muxtar respublikanın şəhər və rayonlarında mütəmadi olaraq basketbol yarışları, yoldaşlıq görüşləri keçirilir. Təşkilatçıların məqsədi gənclərimizi zərərli vərdişlərdən uzaq tutmaq və onların asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etməkdir.
Görüşə gəlincə, daha üstün oyun sərgiləyən Culfa basketbolçuları ordubadlı həmkarlarını 45:40 hesabı ilə məğlub ediblər.
Sonda idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.
Ceyhun MƏMMƏDOV