Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanlarının komandaları arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Atıcılıq Mərkəzində təşkil edilən birincilikdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Gömrük Komitəsinin, Miqrasiya Xidmətinin, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin və Penitensiar Xidmətin komandaları mübarizə aparıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birinciliyin qalibi adını Dövlət Gömrük Komitəsinin komandası qazanıb. Digər iki pillədə isə Naxçıvan Muxtar Respublikası Miqrasiya Xidməti və Prokurorluğunun komandaları qərarlaşıblar.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplomla təltif olunublar.
Ceyhun MƏMMƏDOV