22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yeniyetmə və gənc­lər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev çıxış ediblər, iştirakçılara uğurlar arzulayıblar.
Açıq birincilikdə Naxçıvan şəhərinin, Kəngərli və Babək rayonlarının idmançıları öz güclərini sınayıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 16 çəki dərəcəsində 60 dəri əlcək sahibi iştirak edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmalarda müxtəlif çəki dərəcələrində qalib gələn idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR