22 Dekabr 2024, Bazar

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında kikboksinq üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birinciliyin məqsədi bu idman növünü inkişaf etdirmək, eyni zamanda yeniyetmə və gənclərdən ibarət Naxçıvan komandasının heyətini formalaşdırmaq olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilikdə 60-dan çox idmançı 10 çəki dərəcəsində mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən Akif İsmayılov, Uğur Əliyev, Məhəmməd İsmayılzadə, Heydərəli Əliyev, İsmayıl Yaqubov, Elgün Baxışov, Anar Tarverdiyev, Sinan Rzazadə, Fərman Rzayev və Əli Qəmbərov müvafiq olaraq 27, 30, 33, 36, 39, 42, 45, 48, 57 və 71 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR